Layihələr

Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası

Ölkəmizin yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü ildə yaradılıb. 2004-cü ildə NEZ-in 50 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyevin adını daşımağa başlayıb.

"STAR" NEZ-in xam neft və ara məhsul çənləri - COFOT

“SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “STAR” NEZ-in saxlama tutumunun artırılması məqsədilə “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi həyata keçirilir.

"Azərikimya" İB-nin yenidənqurma və modernizasiyası

“Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.