Haqqımızda

Bakı Neft Emalı Zavodu

Hər hansı bir əmtəə ilə onun xərci arasındakı münasibəti xarakterizə edən dəyərin yaradılması bazar iqtisadiyyatında əsas inkişaf şərtlərdən sayılır. Buna görə də, dövlət müstəqilliyimiz bərpa olunduqdan, ölkəmizin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməsindən sonra Bakı Neft Emalı Zavodu mövcud resurslardan istifadə edərək daim dəyər yaratmaqdadır. Bu proses dəyər zəncirinin hər bir mərhələsində baş verir.

Dəyər zənciri dedikdə, bir məhsulun yaradılması üçün həyata keçirilən mərhələlər nəzərdə tutulur. Məsələn, evlərdə döşəmələrə sərilən laminatı istehsal etmək üçün öncə quruda, ya dənizdə geomorfoloji araşdırma aparılır, xüsusi cihazlarla yerin altına seysmik dalğalar yönəldilir, nəticələr interpretasiya olunur, kəşfiyyat quyusu qazılır, sonra platforma və ya mancanaq dəzgahları quraşdırılır, yatağın işlənilməsinə başlanılır, hasilatı sabit saxlamaq üçün müxtəlif vasitələrdən istifadə olunur – quyuya müxtəlif məhlullar, su və ya qaz vurulur. Çıxarılan məhsul sudan ayrılır, neft və qaz müvafiq infrastrukturda yığılır, nəql olunur, sonra emal edilir, qazdan metanol, metanoldan formaldehid, ondan da melamin rezini və nəhayət, laminat istehsal olunur. Bu misalda laminatın istehsalı üçün ilkin xammal olan təbii qazın yerin altından evinizə qədər keçdiyi yola dəyər zənciri deyilir.
Missiyamız
Zəngin neft-qaz əməliyyatları təcrübəmizi müasir texnologiya və səriştəliklərlə təkmilləşdirərək yerli, regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfə vermək.
Məramımız
Enerji keçidi, innovasiyalar və rəqəmsallaşdırma vasitəsilə əməliyyatlarımızı inkişaf etdirərək qabaqcıl enerji şirkəti olmaq.
SƏRVƏTİMİZƏ DƏYƏR QATIRIQ

Risklərin idarə edilməsi və daxili nəzarət

Şirkət risklərin idarə edilməsinin və daxili nəzarətin mərkəzləşdirilmiş modelini tətbiq edib və daim təkmilləşdirir.

Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin effektiv fəaliyyəti şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə lazımi nəzarəti təmin etməyə və risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün, habelə risk-yönümlü idarəetmə qərarlarının qəbul edilməsi məqsədi ilə maraqlı tərəflər arasında zəruri məlumatların mübadiləsi üçün müvafiq alətlər dəstini şirkət rəhbərliyinə təqdim etməyə imkan verir.